Bakı Enerji Forumu çərçivəsində iyunun 3-də Naxçıvan şəhərində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə “Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda xüsusi sessiya keçirilir.
BUTA.TV xəbər verir ki, tədbirdə SOCAR-ın prezidenti Rövşən Nəcəf, energetika naziri Pərviz Şahbazov, bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Couns, Çinin “Beynəlxalq Qrup Co. Ltd” şirkətinin sədri Lin Xiaodan, eləcə də muxtar respublikanın rəhbərliyi və müvafiq qurumlarının təmsilçiləri iştirak edirlər.
Sessiyada Naxçıvan Muxtar Respublikasının yaşıl enerji potensialı, günəş və külək enerjisi stansiyalarının inşası, alternativ enerji istehsalı və ixracı, sərmayə yatırımı və digər məsələlər müzakirə olunur.
- Əli Kərimlidən sonra növbə kimindir?
- Elçibəy Əli Kərimli ilə bağlı bunu xahiş etmişdi
- Əli Kərimli buna görə həbs edildi - Əli İnsanov
- Bakıda gündəm olan bu maşın kimindir? - Foto
- Rusiyada Vidadi Mustafayev saxlanıldı
- Dəhlizlə bağlı dəyişiklik edilə bilər - Xandanyan
- Azərbaycan Ordusunun sabiq xidmət rəisinin cəzası bəlli oldu
- Hərbi vəzifəlilərlə təlim toplanışı keçirildi - Video