İran mediası Almaniyada təhsil alan Azərbaycan vətəndaşı Fərid Səfərlinin həbsini “uğurlu əməliyyat” adlandırıb.
BUTA.TV xəbər verir ki, bununla bağlı ardıcıl materiallar dərc edən Tehran KİV-i Səfərlinin İranın əks-kəşfiyyatı tərəfindən saxlanıldığını bildirib.
SEPAH-a tabe Teleqram kanalları da hadisəni İranın uğuru kimi gündəmdə saxlayır:
“Azərbaycan casusu Fərid Səfərli tələbə adı altında İrana casusluq etmək məqsədilə gəlib. İran Azərbaycanda həbs olunan günahsız insanların həbsinə təmkinlə yanaşaraq, Bakının daha əhəmiyyətli agentini ələ keçirməyə nail oldu”, - iddia edilib.
Xatırladaq ki, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərli fevralın 20-də İrana səfər edib. Lakin martın 4-dən etubarən tələbədən xəbər alınmayıb və Xarici İşlər Nazirliyinə martın 9-u müraciət edilib. İran tərəfi əvvəl bu barədə açıqlama verməsə də, 1 iyunda gənc tələbənin İranın Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanıldığı elan edib.
- İsveçrə 72 il sonra 1/4 finalda - Yenilənib
- Bu gün Bakının dörd rayonunda qaz olmayacaq
- Makron əlini öpmək istədi - Əminə Ərdoğan geri çəkildi+Video
- Bəzi ərazilərdə işıq olmayacaq
- Ən yaxşı məktəblər açıqlandı
- Biri sevincdən, digəri kədərdən... - Fotolar
- Maşınla bir neçə dəfə həmyerlisinin üzərindən keçdi - Qobustanda dəhşətli qətl
- Hüseyn Dəryanın məzarından görüntülər yayıldı - Video