Bu gün Azərbaycan XİN-in 1975-ci il xəritəsi əsasında sərhədlərin müəyyənləşməsinə guya razılıq verməsi ilə bağlı erməni tərəfinin apardığı təbliğata kəskin reaksiyasına İrəvandan cavab gəlib.
BUTA.TV xəbər verir ki, Ermənistan XİN başçısı Ararat Mirzoyan bu haqda parlamentin birgə komissiyasının iclasında danışıb.
“Ermənistan üçün 1975-ci il xəritəsi əsasında sərhədlərin delimitasiyası məqbuldur. Ancaq Bakı ilə bu barədə razılaşma hələlik yoxdur”, - deyə o etiraf edib.
Mirzoyan bildirib ki, Azərbaycanın razılığı olmasa da, narazılığını da almayıblar.
Anklavlar məsələsinə gəldikdə isə Mirzoyan vurğulayıb ki, bununla delimitasiya və demarkasiya komissiyası məşğul olmalı və hüquqi aspekti müəyyənləşdirməlidir.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan da daxil olmaqla, Ermənistan rəsmiləri son vaxtlar guya Rusiya SQ Baş Qərargahının arxivində saxlanılan və ictimaiyyət üçün əlçatan olmayan 1975-ci il xəritələri əsasında sərhədin delimitasiyasının aparılmasına Azərbaycanın da razılıq verdiyini iddia edirdi. Bu gün Azərbaycan XİN buna qəti şəkildə etirazını bildirən bəyanat yaydıqdan sonra Ararat Mirzoyan Azərbaycanın bu xəritəyə hələ razılıq vermədiyini etiraf edib.
- İsveçrə 72 il sonra 1/4 finalda - Yenilənib
- Bu gün Bakının dörd rayonunda qaz olmayacaq
- Makron əlini öpmək istədi - Əminə Ərdoğan geri çəkildi+Video
- Bəzi ərazilərdə işıq olmayacaq
- Ən yaxşı məktəblər açıqlandı
- Biri sevincdən, digəri kədərdən... - Fotolar
- Maşınla bir neçə dəfə həmyerlisinin üzərindən keçdi - Qobustanda dəhşətli qətl
- Hüseyn Dəryanın məzarından görüntülər yayıldı - Video