Ukraynada Rusiya ilə müharibənin nə vaxt bitəcəyini dəqiq söyləmək mümkün deyil. Kiyev müharibəni tamamilə haqlı tərəf olaraq yekunlaşdıracaq.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
“Bunun necə yekunlaşacağı haqqında biz dəqiq vaxt deyə bilmərik. Bu, çox tez və ya gec ola bilər. Rusiya Ukraynanın yaşadığı bütün ağrıları hiss edəcək. Onlar bu müharibənin əvəzini tam ödəyəcəklər. Nəinki təzminatlarla, nəinki müəyyən əhəmiyyətli itkilərlə, hətta övladlarımızın ərazimizə raket zərbələri endirilərkən hiss etdikləri hər şeyi onlar hiss edəcəklər”, - Podolyak bildirib.
- Bu şəxslərin maaşlarında artım oldu
- Bu, müharibədən, böhrandan, təhdiddən daha dağıdıcı olur
- İrəvanla gündəlikdə olan əsas prioritet... - Hacıyev
- Azərbaycan aldadıcı hava hücumu həmləsi etdi - CNN
- Heç kim yaşamaq istədiyi həyatı yaşamır
- ABŞ-la danışıqlardan sonra sülh planı yaxşı görünür - Zelenski
- Əli Kərimlidən sonra növbə kimindir?
- Elçibəy Əli Kərimli ilə bağlı bunu xahiş etmişdi