Bu il Həcc ziyarətində 2,6 milyon zəvvarın iştirak edəcəyi gözlənilir.
BUTA.TV xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının İki Müqəddəs Məscid İşləri üzrə Baş rəyasət heyətinin sədri Əbdülrəhman əl-Sudais məlumat verib.
Məlumata görə, Səudiyyə Ərəbistanı qarşıdan gələn Həcc mövsümü ərəfəsində ən böyük əməliyyat planını açıqlayıb. Belə ki, COVİD-19 pandemiyasının başlanmasından bəri ilk dəfə olaraq zəvvarların sayına qoyulan məhdudiyyətlər aradan qaldırılıb. Bu il Həcc ziyarətində iştirak edəcəyi gözlənilən milyonlarla zəvvarlara kömək etmək üçün rekord sayda - 14 min heyət üzvü, eləcə də 8 mindən çox könüllü fəaliyyət göstərəcək.
Rəsmi qurumların açıqlamasından sonra Səudiyyə Ərəbistanının müqəddəs Məkkə şəhərinə Həcc ziyarətinin iyunun 26-da başlanması gözlənilir.
- Hamıdan axırda o gəldi - Video
- DÇ-də 1/4 final cütləri bəlli oldu - Nəhənglərin qarşılaşmaları başlayır
- İsveçrə 72 il sonra 1/4 finalda - Yenilənib
- Bu gün Bakının dörd rayonunda qaz olmayacaq
- Makron əlini öpmək istədi - Əminə Ərdoğan geri çəkildi+Video
- Bəzi ərazilərdə işıq olmayacaq
- Ən yaxşı məktəblər açıqlandı
- Biri sevincdən, digəri kədərdən... - Fotolar