Ukrayna ordusu əks-hücuma keçir - Rəsmi

21:44 - 5 İyun 2023 - GÜNDƏM

 Ukrayna ordusu əks-hücuma keçir - Rəsmi

Ukrayna hərbçiləri cəbhənin bəzi bölgələrində əks-hücum əməliyyatlarına keçir.

BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.

“Müdafiə əməliyyatı əks-hücum hərəkətləri də daxil olmaqla hər şeyi ehtiva edir. Ona görə də bəzi bölgələrdə biz hücum hərəkətlərinə keçirik”,- deyə Malyar əlavə edib.

Malyar qeyd edib ki, Baxmut istiqaməti hərbi əməliyyatların episentri olaraq qalır. Orada ukraynalı döyüşçülər kifayət qədər geniş cəbhəboyu hərəkət edirlər. Eyni zamanda, rus işğalçıları müdafiəyə keçərək öz mövqelərini saxlamaq istəyirlər. Cənubda da düşmən müdafiəyə keçir. Orada yerli döyüşlər davam edir.

Müdafiə nazirinin müavini onu da qeyd edib ki, işğalçılar diqqəti Baxmut istiqamətində məğlubiyyətdən yayındırmalı olduqları üçün əks-hücumla bağlı məlumatı aktiv şəkildə yayırlar.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol