Tiflisdə beynəlxalq səviyyəli yeni aeroportun tikilməsi planlaşdırılır.
BUTA.TV xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.
Onun sözlərinə görə, hava limanı keçmiş “Vaziani” aeroportunun yerində tikiləcək:
“Bu, tranzit və logistika hava limanı olmalıdır. Biz iki variant üzərində işləyirik: biri mövcud hava limanının inkişafı və genişləndirilməsidir. Ancaq bu hava limanının çatışmazlıqları, məhdudiyyətləri var və həqiqətən böyük inkişafa imkan vermir. Üstəlik, biz regionda aviasiya qovşağına çevrilmək istəyiriksə, bu aeroport və onun ərazisi buna imkan vermir. Ona görə də yeni hava limanı lazımdır. Tiflisdə belə bir yer keçmiş “Vaziani” hava limanıdır. Mənim tapşırığımla İqtisadiyyat Nazirliyi bu istiqamətdə fəal iş aparır”.
Qeyd edək ki, Tiflisdə hazırda Şota Rustaveli Beynəlxalq Hava Limanını Türkiyənin TAV Hava Limanları Holdinqi idarə edir. O, 2007-ci ildə modernləşdirilib, tutumu ildə təxminən 3,5 milyon sərnişindir.
- Hamıdan axırda o gəldi - Video
- DÇ-də 1/4 final cütləri bəlli oldu - Nəhənglərin qarşılaşmaları başlayır
- İsveçrə 72 il sonra 1/4 finalda - Yenilənib
- Bu gün Bakının dörd rayonunda qaz olmayacaq
- Makron əlini öpmək istədi - Əminə Ərdoğan geri çəkildi+Video
- Bəzi ərazilərdə işıq olmayacaq
- Ən yaxşı məktəblər açıqlandı
- Biri sevincdən, digəri kədərdən... - Fotolar