Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlığı region üçün çox faydalıdır. Bu format regional təhlükəsizliyin gücləndirilməsi və sabitliyin bərqərar olması istiqamətində uğurla fəaliyyət göstərir.
BUTA.TV xəbər verir ki, bu fikirlər Gürcüstan hökumətinin 2022-ci il üzrə parlamentə təqdim etdiyi hesabatda əksini tapıb.
Sənəddə deyilir ki, Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı həm də hər üç ölkənin Silahlı qüvvələri arasında səmərəli əməkdaşlıq əlaqələrinin inkişafına xidmət edir.
“Regional təhlükəsizliyin gücləndirilməsi, ümumi hədəflərə və maraqlara effektiv şəkildə nail olunması məqsədilə Silahlı qüvvələr arasında yaxın əlaqələr yaratmağı hədəfləyən Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlığı uğurla inkişaf edir”, - deyə hesabatda qeyd olunub.
- Hamıdan axırda o gəldi - Video
- DÇ-də 1/4 final cütləri bəlli oldu - Nəhənglərin qarşılaşmaları başlayır
- İsveçrə 72 il sonra 1/4 finalda - Yenilənib
- Bu gün Bakının dörd rayonunda qaz olmayacaq
- Makron əlini öpmək istədi - Əminə Ərdoğan geri çəkildi+Video
- Bəzi ərazilərdə işıq olmayacaq
- Ən yaxşı məktəblər açıqlandı
- Biri sevincdən, digəri kədərdən... - Fotolar