Hazırda Rusiyada iki silahlı cinayətkar qrup arasında müharibə gedir.
BUTA.TV xəbər verir ki, bu sözləri ukraynalı eksert Boris Tizenhauzen “Vaqner” rəhbəri Yevgeni Priqojinin rus ordusunun polkovnik-leytenantını girov götürməsi ilə bağlı açıqlamasında deyib.
O bildirib ki, tezliklə Rusiyada silahlı atışmalar başlayacaq:
“Priqojin indi Müdafiə Nazirliyinin qırmızı xətlərini yoxlayır. Əvvəlcə o, sadəcə Şoyqu və Gerasimovu ittiham edirdi. İndi isə polkovnik-leytenantı girov götürdü. Sanki Müdafiə Nazirliyinə daxil olub avtomatla hamını çölə çıxarmağa haqqı olduğunu deyir. Düşünün, özəl hərbi şirkət nazirlikdən mərmi tələb edir, naziri ittiham edir, nazirlikdən onların işlərinə mane olanları müəyyən edir. Kreml qüllələri səbəbsiz silkələnmir, bu, qurbağa ilə gürzənin görüşüdür, yanlarında olan hörümçəklər də qəzəblənir”.
- Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinat
- Bu şəxslərin maaşlarında artım oldu
- Bu, müharibədən, böhrandan, təhdiddən daha dağıdıcı olur
- İrəvanla gündəlikdə olan əsas prioritet... - Hacıyev
- Azərbaycan aldadıcı hava hücumu həmləsi etdi - CNN
- Heç kim yaşamaq istədiyi həyatı yaşamır
- ABŞ-la danışıqlardan sonra sülh planı yaxşı görünür - Zelenski
- Əli Kərimlidən sonra növbə kimindir?