Dövlət büdcəsi xərclərinin 10% artırılması nəzərdə tutulur.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
O qeyd edib ki, bununla yanaşı dövlət büdcəsinin təsdiq olunmuş bəzi xərcləri də optimallaşdırılacaq və əlavə maliyyə təminatı yaradılacaq:
“Cari ilin ilk 5 ayında Dövlət Neft Fondundan transferti nəzərə almasaq, dövlət büdcəsinin əlavə gəlirləri 2,6 milyard manat təşkil edib. Dövlət büdcəsinin artırılan əsas xərcləri Qarabağ və Şərqi Zəngəzurun bərpasına yönəldiləcək”.
- Gəncləri rayona qaytarmağın yolu... - Ekspert
- Hamıdan axırda o gəldi - Video
- DÇ-də 1/4 final cütləri bəlli oldu - Nəhənglərin qarşılaşmaları başlayır
- İsveçrə 72 il sonra 1/4 finalda - Yenilənib - Video
- Bu gün Bakının dörd rayonunda qaz olmayacaq
- Makron əlini öpmək istədi - Əminə Ərdoğan geri çəkildi+Video
- Bəzi ərazilərdə işıq olmayacaq
- Ən yaxşı məktəblər açıqlandı