“Borussiya” (Dortmund) klubunun yarımmüdafiəçisi Cud Bellinqem “Real Madrid” klubuna keçib.
BUTA.TV xəbər verir ki, bu barədə Dortmund klubunun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında 2029-cu ilədək müqavilə imzalanıb. Madrid təmsilçisinin “Borussiya” klubuna 103 milyon avro ödəyəcəyi açıqlanıb.
Cari mövsüm futbolçu Almaniya təmsilçisinin heyətində 31 oyun keçirib, səkkiz qol vurub və beş məhsuldar ötürmə edib.
Qeyd edək ki, İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem ən bahalı futbolçu hesab olunur. Onun transfer qiyməti 208,2 milyon avro olaraq qiymətləndirilir.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio