İyunun 11-də Sloveniyanın Podçetrtek şəhərində usta cüdoçular arasında Avropa çempionatının komanda yarışları keçirilib. Azərbaycan komandası 30 yaşa qədər kişilər arasında birinci yeri tutub.
Bu barədə BUTA.TV-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Bildirilib ki, Azərbaycan yığması ilk görüşdə və yarımfinalda Fransa komandalarını məğlub edərək finala yüksəlib. Finalda Azərbaycan yığması Belçikaya 3:1 hesabı ilə qalib gələrək çempionatın kubokunu və qızıl medallarını qazanıb.
Komandanın baş məşqçisi, veteranlar arasında 9 qat Avropa çempionu Fərhad Rəcəbli komanda və oğlunu çalışdırması ilə bağlı hisslərini Avropa Cüdo Birliyinin rəsmi saytına verdiyi müsahibəsində belə ifadə edib: “Əvvəl məqsəd sadəcə medal qazanmaq idi, lakin yarış başladıqda anladım ki, biz qızıl medal qazana bilərik və bunu bacardıq. Buna görə özümü inanılmaz dərəcədə xoşbəxt hiss edirəm. Biz ildə iki böyük çempionatda - Avropa və dünya çempionatında iştirak edirik. Bu mənim üçün böyük zövqdür. Azərbaycanda veteran komandamız var və birlikdə məşq edirik, buna görə də güclü ruh var. O ki qaldı oğluma, mənə bu səfəri onunla birlikdə keçirmək xoş olsa da, yarışlarda olduğumuz zaman onunla digər cüdoçular arasında fərq qoymuram, mənim üçün hamısı eynidir”.
Xatırladaq ki, idmançılarımız fərdi yarışlarda ümumilikdə 4 qızıl, 2 gümüş və 5 bürünc medal əldə edib.
- İlham Əliyev Trampa başsağlığı verdi
- Azərbaycandakı rus icması Bakını seçdi - Primakovdan etiraf
- Azərbaycan sərhədində müharibə təhlükəsi: Bu gün...
- Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq - Sukiasyan
- Xankəndidə ABŞ-ın bu mesajını İrana çatdırdıq
- Tramp və Netanyahu Xameneinin öldürülməsi qərarını müzakirə edir
- Ermənistanla buna nail olmuşuq, bu, yaxşı əlamətdir
- Bakıya qarşı təxribat aparan “Lenta.ru”nun rəhbəri niyə dəyişdi?