Makrona sui-qəsdə cəhd edən şəxs həbs olundu

20:30 - 17 İyun 2023 - GÜNDƏM

 Makrona sui-qəsdə cəhd edən şəxs həbs olundu

Fransa Prezidenti Emmanuel Makrona sui-qəsd cəhdində şübhəli bilinən şəxs saxlanılıb.

BUTA.TV xəbər verir ki, bu barədə Fransa mətbuatında məlumat yayılıb.

"Ultrasolçu solçu fəal istintaqa cəlb edilib və həbs olunub. O, apreldə respublika prezidentinin həyatına qəsd etməkdə ittiham olunur", - məlumatda bildirilib.

Qeyd edək ki, cari ilin aprelin 27-də Makronun Dub departamentinə səfəri zamanı insident baş verib. Belə ki, bir nəfər Makronun olduğu helikopterə tüstü bombası atıb. Təhqiqat nəticəsində hadisəni törədənin şəxsiyyəti müəyyən edilib, o, sonra evində saxlanılaraq istintaqa təhvil verilib.

Bu xəbər hal-hazırda çox oxunur
Rusiyada bu qurum Azərbaycana müraciət etdi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol