“Təsir dairəsi” verilişində Anar Vəziroğlu və efirə gələn Zəminə adlı şikayətçi qadın arasında dava yenidən ekspertin davranışını və proqramların səviyyəsini gündəmə gətirib.
Xatlrladaq ki, tərəflər arasında mübahisəyə səbəb Anar Vəziroğlunun şikayətçini sərt tənqid etməsi olub.
Qadın isə cavabında su şüşəsini ekspertin üstünə atıb. Hiddətlənən ekspert şüşəni götürüb qadının üzərinə getsə də, mühafizəçilər ona mane olaraq studiyadan kənarlaşdırıblar. Bu mövzuda danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev uzun illərdir ki, yerli telekanallara baxmadığını bildirib: "Azərbaycan telekanallarını izləmirəm. Çünki televiziyalara təyin edilən rəhbərlərin çoxu "beşinci kolon"un - Ramiz Mehdiyevin kadrıdır. Onlarda yerli telekanallarda ancaq Azərbaycan əxlaqını pozmaqla məşğul olan verilişlərin yayımına şərait yaradırlar. Azərbaycanın milli-mentalitetinə qətiyyən uyğun olmayan verilişlərin yerinə telekanallarda bir dəfə də siyasi maarifləndirmə işi ilə məşğul olmayıblar və ortaya çıxardıqları adamlar da səviyyəsi olmayan, bacarıqsız, dünyadakı siyasi proseslərdən bixəbər şəxslərdir. Onları milləti aldatmaq üçün ekrana çıxarırlar.
Ona görə də heç vaxt onlara baxmağa maraq göstərməmişəm. Sonuncu dəfə hansısa yerli telekanala nə vaxt baxmağım belə yadımdan çıxıb. Mən o kanallara baxanda utanıram". H. Hacıyev qeyd edib ki, insanlar məişət mövzulu verilişləri görməkdən yorulub və bu gün internet kanallar daha çox izlənilir:
"Bir kanalda 70 yaşlı kişini evləndirir, o birində boşandırır, ya da evdən qaçan qadını axtarırlar. Onlar Azərbaycanın bugünkü vəziyyəti, Qarabağdakı durum haqda xalqı maarifləndirmirlər. Bu baxımdan, onların ekrandakı hərəkətləri yolverilməzdir və millətin gələcəyinə hesablanmış mənfi addımlardır. Onlar istəyirlər ki, millət maariflənməsin, siyasi proseslərdən xəbərdar olmasın. Onlar bilə-bilə bunu edirlər. Belə olan halda telekanalda nəyə baxasan?!
Bu gün elə "YouTube" kanalları var ki, yerli televiziya kanllarını üstələyir. Hər şeyi açıq demək lazımdır. Bu gün insanlar harada informasiya, dəqiq məlumat varsa, ora baxırlar. İnsanlar axtarışdadır, harada xalqın ağrıyan yerinə məlhəm olmaq istəyən veriliş varsa, tapıb onu izləyirlər. Məişət mövzulu verilişlərə nə ehtiyac var axı?!"
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?
- Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
- Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...
- Azərbaycana “petrostate” deyənlər, 2026-dən yeni ixrac olacaq
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi