Dünəndən etibarən müəllimlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi başlayıb.
BUTA.TV Bakı.vs-yə istinadən xəbər verir ki, test imtahanları 13 şəhərdəki 23 imtahan mərkəzində təşkil olunub.
İmtahan üçün müəllimlərə 120 dəqiqə vaxt ayrılıb. Bir çox müəllim imtahanda sualları vaxtından əvvəl cavalandırmağı bacarıb. Müəllimlər arasında maksimum 60 bal toplayanlar da, nisbətən az bal toplayanlar da olub.
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli bildirib ki, bir müəllimin imtahan nəticəsi digərindən yüksəkdirsə, bu, ona daha yüksək əməkhaqqı almaq imkanı qazandıracaq:
"60 baldan 51-ni toplayan müəllimlərin əməkhaqqısına hər ay 35 faiz əlavə olacaq. Bu prosesi uğurla tamamlamış, lakin balları 30-50 arası olan müəllimlərin isə əməkhaqqısına 10 faiz əlavələr ödəniləcək".
- Sabah çimərliyə getmək istəyənlərin nəzərinə!
- Bağlı qalmış daha 218 cinayət işi açılıb - DİN
- Bakıda kişi keçmiş arvadını küçədə güllələyib öldürdü
- Gürcüstanı Azərbaycanla birləşdirən yeni yol çəkiləcək
- Yıxılaraq dünyasını dəyişən şəxs görkəmli alim imiş
- 6 ayda 288 kriminal qrup zərərsizləşdirildi
- Ərdoğanın hədiyyə etdiyi silahı aeroportda polisə təhvil verdi - Fotolar
- Prezident fərman imzaladı