Azərbaycanda son bir ildə 181 din xadiminin fəaliyyətinə xitam verilib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılov “Azərbaycanın dövlət-din modeli” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, birinci vakansiya zamanı ümumilikdə 270 sənəd qəbulu olub və onlardan 133-ü müsahibədən keçib:
“Müsahibədən keçənlərin 112-si isə təyinat ala bilib. İkinci vakansiya zamanı isə 254 müraciətdən 66-sı müsahibədən keçib və 55 nəfəri təyinat ala bilib".
G.İsmayılov üçüncü vakansiya ilə bağlı sənəd qəbulu başa çatdığını da bildirib.
Sədr müavini son bir il ərzindəki təyinatların statistikasını da açıqlayıb:
"Son bir il ərzində din xadimləri üzrə 169 təyinat olub. 21 rotasiya olduğu halda, 181 din xadiminin fəaliyyətinə xitam verilib".
- Sabah çimərliyə getmək istəyənlərin nəzərinə!
- Bağlı qalmış daha 218 cinayət işi açılıb - DİN
- Bakıda kişi keçmiş arvadını küçədə güllələyib öldürdü
- Gürcüstanı Azərbaycanla birləşdirən yeni yol çəkiləcək
- Yıxılaraq dünyasını dəyişən şəxs görkəmli alim imiş
- 6 ayda 288 kriminal qrup zərərsizləşdirildi
- Ərdoğanın hədiyyə etdiyi silahı aeroportda polisə təhvil verdi - Fotolar
- Prezident fərman imzaladı