Sabirabad Sənaye Məhəlləsinin ərazisində yerləşən gübrə istehsalı məntəqəsində mühafizəçi 1988-ci il təvəllüdlü Nurlan Cəbrayılovun müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
BUTA.TV xəbər verir ki, bu barədə Sabirabad rayon prokurorluğu məlumat yayıb.
Müəyyən edilib ki, həmin gün saat 23 radələrində üzərinə yüksək temperaturlu gübrə məhlulunun tökülməsi nəticəsində Nurlan Cəbrayılov yanıq xəsarətləri alıb və iyunun 20-si müalicə aldığı xəstəxanada ölüb.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.
- Sabah çimərliyə getmək istəyənlərin nəzərinə!
- Bağlı qalmış daha 218 cinayət işi açılıb - DİN
- Bakıda kişi keçmiş arvadını küçədə güllələyib öldürdü
- Gürcüstanı Azərbaycanla birləşdirən yeni yol çəkiləcək
- Yıxılaraq dünyasını dəyişən şəxs görkəmli alim imiş
- 6 ayda 288 kriminal qrup zərərsizləşdirildi
- Ərdoğanın hədiyyə etdiyi silahı aeroportda polisə təhvil verdi - Fotolar
- Prezident fərman imzaladı