Moskva Ankara və Dəməşqə iki tərəf arasında münasibətlərin normallaşdırılması üçün hazırladığı “yol xəritəsi” layihəsini təhvil verib.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib.
“Layihə maraqlı tərəflərə verilib. Ola bilsin ki, layihəyə yenidən baxılsın”, - o bildirib.
Qeyd edək ki, mayın 10-da Moskvada keçirilən görüşdən sonra Rusiya, Türkiyə, Suriya və İranın xarici işlər nazirləri “yol xəritəsi” layihəsinin hazırlanması barədə göstəriş veriblər. İyunun 20-də isə Astanada Rusiya, Türkiyə, Suriya və İran xarici işlər nazirlərinin müavinlərinin görüşü keçirilib və bu məsələyə baxılıb.
- Baş nazirdən yeni qərar...
- Ruslan Abdullayev müşavir təyin olundu - Foto
- Bakıda təmir gedən yollar açıqlandı
- Sabah Bakının bu ərazilərində qaz olmayacaq
- Sabah çimərliyə getmək istəyənlərin nəzərinə!
- Bağlı qalmış daha 218 cinayət işi açılıb - DİN
- Bakıda kişi arvadını küçədə güllələyib öldürdü - FOTO
- Gürcüstanı Azərbaycanla birləşdirən yeni yol çəkiləcək