DGK-nın bütün əməkdaşları sərəncama göndərilir - Əmr

14:10 - 22 İyun 2023 - GÜNDƏM

 DGK-nın bütün əməkdaşları sərəncama göndərilir - Əmr

Dövlət Gömrük Komitəsinin (DGK) bütün əməkdaşları sərəncama göndərilir.

BUTA.TV Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə DGK sədri, general-leytenant Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən 15.07.2023-cü il tarixindən 01.08.2023-cü ilə kimi komitənin bütün idarə və şöbələrinin rəhbər heyətlərindən tutmuş sıravi işçilərinə kimi hər kəs sərəncama götürüləcək.

Sonuncu tarixdə isə struktur yenidən formalaşdırılacaq. Bu müddətə qədər bütün əməkdaşların "işinə” yenidən baxılacaq.

Bu xəbər hal-hazırda çox oxunur
Rusiya Azərbaycanı itirdi - Saakaşvili

Saxta diplomla rütbə alıb komitədə çalışanlar, işində ciddi nöqsanlara yol verənlər, təqaüd yaşına çatmış şəxslərin əksəriyyəti vəzifələrindən azad ediləcəklər.

Məsələ ilə bağlı DGK-nin Mətbuat və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi, gömrük xidməti polkovniki Natiq Axunda sorğu ünvanlansa da, xəbəri nə təsdiq, nə də təkzib etdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol