Kupyansk-Svatovo xəttində Ukrayna və Rusiya qoşunları mövqe döyüşlərini davam etdirirlər.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Kupyansk istiqamətində mövqe döyüşləri davam edir, lakin rus işğalçılar müdafiəni yarıb keçə bilmirlər. Həmçinin, Ukrayna qoşunları Kremennoy bölgəsində əks-hücum əməliyyatlarını davam etdirir”, - məlumatda deyilir.
Qeyd olunur ki, Rusiya Mərkəzi Qüvvələr Qrupunun bölmələri də Kremennoy bölgəsində Ukraynanın əks-hücumlarını dəf etməyə çalışır:
“Ruslar işğal olunmuş Luqansk vilayətində naməlum hərbi infrastruktur qururlar. İyunun 20-də yayımlanan peyk görüntüləri işğal altındakı Xrustalnı şəhərinin cənub-şərqində, “lxr” adlanan ərazidə naməlum hərbi infrastrukturun tikintisini göstərir”.
- Zakir Həsənov italiyalı admiralı qəbul etdi
- Qaz istehlakçıları üçün yeni qaydalar təsdiqləndi
- Baş nazirdən yeni qərar...
- Ruslan Abdullayev müşavir təyin olundu - Foto
- Bakıda təmir gedən yollar açıqlandı
- Sabah Bakının bu ərazilərində qaz olmayacaq
- Sabah çimərliyə getmək istəyənlərin nəzərinə!
- Bağlı qalmış daha 218 cinayət işi açılıb - DİN