Çin ABŞ-ı hədələdi: Bayden sözlərini geri götürməsə...

20:30 - 22 İyun 2023 - GÜNDƏM

 Çin ABŞ-ı hədələdi: Bayden sözlərini geri götürməsə...

Pekin ABŞ prezidenti Co Baydenin Çin sədri Si Szinpin haqqında dediklərini siyasi təxribat kimi qiymətləndirir.

BUTA.TV xəbər verir ki, bu barədə CNN Çinin Vaşinqtondakı diplomatik missiyasına istinadən məlumat yayıb.

"Bayden keçmişdə ABŞ-ın Çin sisteminə hörmət etdiyini və onu dəyişdirməyə çalışmadığını açıq şəkildə ifadə etdi. Lakin Çinin siyasi sistemi və ali liderlə bağlı son məsuliyyətsiz bəyanatlar Amerika dövlətinin səmimiliyinə dair suallar doğurmaya bilməz”, - deyə bildirilib..

Diplomatik nümayəndəlikdən xəbərdarlıq edib ki, Vaşinqton Ağ Ev sahibinin bəyanatlarını rədd etmək üçün addımlar atmasa, mövcud vəziyyətin nəticələrinə görə məsuliyyət ABŞ-ın üzərinə düşəcək.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden bildirmişdi ki, Si Szinpin hava şarının vurulması ilə bağlı tam informasiyaya malik deyil və buna görə çox üzgündür. Ardınca Ağ Ev rəhbəri bəyan edib ki, diktatorlar üçün bu, böyük biabırçılıqdır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol