Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında yerləşən Xankəndi şəhərində məskunlaşan erməni separatçıları hər gün blokadada olmalarından, ərzaq qırlığından, elektrikin kəsilməsindən bəhs edir.
BUTA.TV xəbər verir ki, ötən gün Xankəndi şəhərində baş tutan toy mərasimi isə başqa təəssürat yaradır.
Sosial şəbəkələrdə yayılan toy fotolarından görünür ki, “blokadada” olduğu iddia edilən erməni əhali kifayət qədər normal yaşayır, hətta israfçılıqla müşayiət olunan toy mərasimləri də keçirə bilirlər.
Qeyd edək ki, 15 iyunda sərhədçilərimizlə bərabər, rus sülhməramlılar da “Laçın” sərhəd-keçid məntəqəsində atəşə tutulduqdan və bir hərbçimiz yaralandıqdan sonra post təxribatın günahkarlarının tapılmasına qədər bağlanıb. Azərbaycan tərəfi rus sülhməramlılara istədikləri qədər ərzaq və digər təminatları Ağdandan ala biləcəkləri barədə məlumat verib.
- Nərgiz Muxtarovaya hökm oxundu
- Qazdan istifadə qaydaları dəyişdi - Qərar
- Zakir Həsənov italiyalı admiralı qəbul etdi
- Baş nazirdən yeni qərar...
- Ruslan Abdullayev müşavir təyin olundu - Foto
- Bakıda təmir gedən yollar açıqlandı
- Sabah Bakının bu ərazilərində qaz olmayacaq
- Sabah çimərliyə getmək istəyənlərin nəzərinə!