Bütün ermənilərin katolikosu II Qaregin İranın Ermənistandakı səfiri Abbas Bədaşxan Zohuri ilə görüşüb.
BUTA.TV erməni mediasına istinadən xəbər verir ki, tərəflər İran və Ermənistan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.
Səfir iki ölkə arasında dostluq münasibətlərinin möhkəmlənəcəyinə və inkişaf edəcəyinə əminliyini ifadə edib.
Regiondakı vəziyyətə toxunan səfir münaqişələrin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.
“İran üçün Ermənistanın simasında güclü və iqtisadi cəhətdən inkişaf etmiş qonşunun olması çox vacibdir”, - diplomat bildirib.
Görüş zamanı katolikos Ermənistanı dəstəklədiyinə görə İrana minnətdarlığını bildirib.
- Nərgiz Muxtarovaya hökm oxundu
- Qazdan istifadə qaydaları dəyişdi - Qərar
- Zakir Həsənov italiyalı admiralı qəbul etdi
- Qaz istehlakçıları üçün yeni qaydalar təsdiqləndi
- Baş nazirdən yeni qərar...
- Ruslan Abdullayev müşavir təyin olundu - Foto
- Bakıda təmir gedən yollar açıqlandı
- Sabah Bakının bu ərazilərində qaz olmayacaq