Ukrayna Silahlı Qüvvələri Bryanskın Suzemka kəndində böyük müdafiə zavoduna hücum edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Maş” Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, hədəf müəssisəni enerji ilə təmin edən elektrik yarımstansiyası olub.
“Bu gün onun üzərində təyyarə tipli PUA aşkarlanıb. Yaxınlaşan zaman pilotsuz təyyarə hava hücumundan müdafiə sistemi ilə vurulub, təyyarənin qalıqları açıq sahəyə düşüb.
İlkin məlumata görə, tələfat və dağıntı olmayıb. Yerli əhalinin sözlərinə görə, həftədə bir neçə dəfə davamlı olaraq Ukrayna Silahlı Qüvvələri zavoda hücum edir”, - məlumatda qeyd edilib.
- Sürücülərin nəzərinə: Bu yol bağlanacaq!
- Nərgiz Muxtarovaya hökm oxundu
- Qazdan istifadə qaydaları dəyişdi - Qərar
- Zakir Həsənov italiyalı admiralı qəbul etdi
- Baş nazirdən yeni qərar...
- Ruslan Abdullayev müşavir təyin olundu - Foto
- Bakıda təmir gedən yollar açıqlandı
- Sabah Bakının bu ərazilərində qaz olmayacaq