Neftçalada teplovoz ilə yük maşını toqquşub, ölən var və xəsarət alan var.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qazaxbərəsi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, tənzimlənməyən dəmir yolunda teplovoz yük maşını ilə toqquşub. Qəza nəticəsində İmişli rayon sakini, 1995-ci il təvəllüdlü Vüsal Rüstəm oğlu Fəxrəddinov hadisə yerində ölüb. Salyan rayon sakini, 1969-cu il təvəllüdlü İbad İnqilab oğlu İbadov isə xəsarət alıb.
Xəsarət alan Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
- Bakıda möhtəşəm gecə - “Qarabağ” sevindirir+Fotolar
- Xəbərdarlıq: "28 May" stansiyasının I çıxışında...
- Hərbçilərə bu məlumatları vermək qadağandır! - Video
- Sürücülərin nəzərinə: Bu yol bağlanacaq!
- Nərgiz Muxtarovaya hökm oxundu
- Qazdan istifadə qaydaları dəyişdi - Qərar
- Zakir Həsənov italiyalı admiralı qəbul etdi
- Baş nazirdən yeni qərar...