Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta şirkətlərinə SMS-lərlə bağlı irad bildirib.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.
“Sığorta şirkətlərinin belə bir hüququ yoxdur ki, əhaliyə SMS göndərsin və bildirsin ki, icbari sığortanız olmasa, cərimələnəcəksiniz. Bu səlahiyyət müvafiq dövlət orqanlarına aiddir. Biz mütəmadi olaraq istehlakçılardan həmin narazılığı eşitmişik. Sığorta şirkətlərinə öz iradlarımızı bildirmişik ki, bu SMS və yaxud zənglər onların səlahiyyətində deyil”, - deyə o qeyd edib.
- İlham Əliyevin hesablarında Zirvə görüşündən paylaşım - Video
- Uraloğludan Xankəndidən təsirli sözlər - Foto
- Şərif özü və Ərdoğan üçün Xankəndidən ev istədi - Video
- Şahbaz Şərifin Azərbaycana səfəri başa çatdı
- İlham Əliyevlə bu barədə razılığa gəldik - Şərif
- Elşən İbrahimov Rusiya vətəndaşlığından niyə çıxarılıb?
- Ərdoğan, Şərif və Əliyevin əl-ələ tutaraq mühüm mesajı - Video
- Hər bir məsələdə Azərbaycanın yanındayıq - Ərdoğan