"Təmiz Şəhər" ASC Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tullantıların idarə edilməsi üzrə strategiyanın hazırlanması istiqamətində iş aparır.
BUTA.TV xəbər verir ki, bunu səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Etibar Abbasov Bakıda keçirilən V İqtisadiyyat və İdarəetmə Sahəsində Təqdqiqatçıların Beynəlxalq Elmi Konfansında bildirib.
"Bu sənəd ölkə üzrə artıq hazırlanıb, 8 regional poliqonun, 38 yükləmə-boşaltma məntəqəsinin yaradılmasını nəzərdə tutur. Bununla belə, işğal altında olan ərazilər azad olunduqdan sonra hökümətə müraciət olundu və Baş nazirin sərəncamı ilə komissiya yaradıldı. Həmin komissiya çərçivəsində də qeyd olunan ərazilər üzrə kiçik plan hazırlanıb. İşğaldan azad edilmiş ərazilərdə tullantıların idarə edilməsi üzrə strategiyanın hazırlanması məqsədi ilə monitorinqin aparılması və vəziyyətin qiymətləndirilməsi üçün məsləhətçi şirkət seçilib. Gələcəkdə həmin strategiyanın ölkə üzrə ümumi strategiyaya inteqrasiyası nəzərdə tutulur, bu istiqamətdə də iş aparılır", - E.Abbasov qeyd edib.
- Sabiq nazirin evi 5-ci dəfə hərracda - Yenə ucuzlaşdı
- Bakıda möhtəşəm gecə - “Qarabağ” sevindirir+Fotolar
- Xəbərdarlıq: "28 May" stansiyasının I çıxışında...
- Hərbçilərə bu məlumatları vermək qadağandır! - Video
- Sürücülərin nəzərinə: Bu yol bağlanacaq!
- Nərgiz Muxtarovaya hökm oxundu
- Qazdan istifadə qaydaları dəyişdi - Qərar
- Zakir Həsənov italiyalı admiralı qəbul etdi