Erməni barədə məhkəmə qərarına səfirdən reaksiya

22:28 - 23 İyun 2023 - GÜNDƏM

 Erməni barədə məhkəmə qərarına səfirdən reaksiya

Səfir Leyla Abdullayeva Azərbaycanın Fransadakı səfirliyinə hücum edən şəxsə 6 ay şərti həbs cəzasına münasibət bildirib.

BUTA.TV xəbər verir ki, bu barədə səfir Tvitter hesabında yazıb.

"Ədalət bərqərar oldu! Azərbaycanın Fransadakı səfirliyinə hücum edən şəxsə 6 ay şərti həbs cəzası verilib və dəymiş ziyanın ödənilməsi barədə qərar çıxarılıb. Ədalətin zəfərini qeyd edək və təcavüzkar hərəkətləri pisləyək," - L.Abdullayeva bildirib.

Qeyd edək ki, 18 sentyabr 2022-ci il tarixində radikal erməni nümayəndələri tərəfindən Parisdə Azərbaycan səfirliynə qarşı hücum cəhdi olunub və nəticədə Səfirliyin binasına zərər yetirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol