BMT Ukraynada ölən dinc sakinlərin sayını açıqladı

23:12 - 23 İyun 2023 - GÜNDƏM

 BMT Ukraynada ölən dinc sakinlərin sayını açıqladı

Ukraynada 2022-ci ilin fevralından bəri davam edən münaqişə nəticəsində 9 mindən çox dinc sakin həlak olub.

BUTA.TV xəbər verir ki, bunu BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Dikarlo BMT Təhlükəsizlik Şurasının Ukraynadakı humanitar vəziyyətlə bağlı iclasında deyib.

Onun sözlərinə görə, ölən 9 083 nəfərin 530-u uşaqdır: “Münaqişə nəticəsində 15 779 nəfər yaralanıb, o cümlədən 1086 uşaq. Rəqəmlər çox güman ki, daha çoxdur”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol