Priqojinin ordusu Moskvaya gedir: Bu, ədalət yürüşüdür

23:44 - 23 İyun 2023 - GÜNDƏM

 Priqojinin ordusu Moskvaya gedir: Bu, ədalət yürüşüdür

Sosial şəbəkələrdə “Vaqner” muzdlu hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin yeni səs yazısı yayılıb.

BUTA.TV xəbər verir ki, Priqojin bu addımlarının hərbi çevriliş olmadığını, ədalət yürüşünə çıxdıqlarını bildirib.

Qeyd edək ki, az öncə Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunun Rostova gələrək, “Vaqner”ə qarşı artilleriya və hərbi təyyarələrdən istifadə edərək, böyük əməliyyat keçirdiyini bildirib. “Vaqner” düşərgələrinə endirilən zərbə nəticəsində yüzlərlə vaqnerçinin öldüyü və yaralandığını da iddia edib.

Bunun ardınca Priqojin “hərbi çevriliş elan edib” və Rostova doğru irəliləməyə başlayıb. Şoyqunun Rostovdan qaçdığını bildirən Priqojin onu qorxaq da adlandırıb.

Hazırda isə onun ordusu ilə Moskvaya getdiyi iddia edilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol