Priqojinə qarşı cinayət işi qaldırıldı

23:58 - 23 İyun 2023 - GÜNDƏM

 Priqojinə qarşı cinayət işi qaldırıldı

“Vaqner” rəhbəri Yevgeni Priqojinin açıqlamalarından sonra onun barəsində silahlı üsyana çağırış maddəsi ilə cinayət işi qaldırılıb.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Milli Antiterror Komitəsinin məlumatında deyilir.

Qeyd edək ki, az öncə Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunun Rostova gələrək, “Vaqner”ə qarşı artilleriya və hərbi təyyarələrdən istifadə edərək, böyük əməliyyat keçirdiyini bildirib. “Vaqner” düşərgələrinə endirilən zərbə nəticəsində yüzlərlə vaqnerçinin öldüyü və yaralandığını da iddia edib.

Bunun ardınca Priqojin “hərbi çevriliş elan edib” və Rostova doğru irəliləməyə başlayıb. Şoyqunun Rostovdan qaçdığını bildirən Priqojin onu qorxaq da adlandırıb.

Hazırda isə onun ordusu ilə Moskvaya getdiyi iddia edilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol