Putin: Hər şey edəcəm !

11:22 - 24 İyun 2023 - GÜNDƏM

 Putin: Hər şey edəcəm !

Rostovda vəziyyət ağır olaraq qalır. Faktiki olaraq Rostov vilayətində mülki və hərbi hakimiyyət orqanlarının işi əngəllənib.

BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib.

“Hərbi qiyamı təşkil edən, silahdaşlarına silah qaldıranlar Rusiyaya xəyanət edib. Və buna görə cavab verəcəklər. Mən Rusiya vətəndaşı kimi ölkəni müdafiə etmək üçün hər şeyi edəcəyəm, qəti addımlar atılacaq.

Sizi ölümcül, faciəvi səhvə yol verməməyə çağırıram. Yeganə düzgün seçim edin: cinayət əməllərində iştirak etməyi dayandırın. İnanıram ki, biz Vətənimizlə birlikdə istənilən sınaqdan çıxacağıq və daha da güclənəcəyik”, - Putin bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol