Rusiya onu Priqojinlə danışığa göndərdi: nəticə... - Video

12:12 - 24 İyun 2023 - GÜNDƏM

 Rusiya onu Priqojinlə danışığa göndərdi: nəticə... - Video

Rusiya dövləti Silahlı Qüvvələrin Baş Qərargahının müavini, general-leytenant Vladimir Alekseyevi “Vaqner”in rəhbəri Priqojinlə danışığa göndərib.

BUTA.TV xəbər verir ki, bununla bağlı “H+Media” Teleqram kanalı görüntü paylaşıb.

Vladimir Alekseyev nə qədər xahiş etsə də, Priqojin Moskvaya doğru irəliləmək fikrindən vaz keçməyib.

Qeyd edək ki, ötən gün axşam saatlarında Yevgeni Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunun Rostova gələrək, “Vaqner”in qərargahlarına hücum əməliyyatına rəhbərlik etdiyini iddia edib. Onun sözlərinə görə, “Vaqner” qərargahlarına endirilən zərbələr nəticəsində yüzlərlə ölən və yaralanan var.

Bundan sonra Priqojin “25 minlik ordu ilə” Rostova doğru hərəkət etdiyini açıqlayıb. Ona qarşı Rusiya FTX və Baş Prokurorluq “hərbi çevrilişinə cəhd” maddəsi ilə cinayət işi başladıb, Moskva, Voronej və Rostovda antiterror rejimi tətbiq edilib.

“Vaqner”in Rostov və Voroneji ələ keçirdiyi, hazırda isə Moskvaya doğru hərəkət etdiyi bildirilir


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol