Ukrayna ordusunda vuruşan rus əsgərlər Priqojini dəstəkləyiblər.
BUTA.TV xəbər verir ki, onlar bununla bağlı video-müraciət yayıblar və çağrılacaqları təqdirdə döyüşmək üçün “Vaqner”ə qoşulacaqlarını bildiriblər.
Qeyd edək ki, ötən gün axşam saatlarında Yevgeni Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunun Rostova gələrək, “Vaqner”in qərargahlarına hücum əməliyyatına rəhbərlik etdiyini iddia edib. Onun sözlərinə görə, “Vaqner” qərargahlarına endirilən zərbələr nəticəsində yüzlərlə ölən və yaralanan var.
Bundan sonra Priqojin “25 minlik ordu ilə” Rostova doğru hərəkət etdiyini açıqlayıb. Ona qarşı Rusiya FTX və Baş Prokurorluq “hərbi çevrilişinə cəhd” maddəsi ilə cinayət işi başladıb, Moskva, Voronej və Rostovda antiterror rejimi tətbiq edilib.
“Vaqner”in Rostovu və Voroneji ələ keçirdiyi, hazırda Volqoqrada üz tutduğu bildirilir.
- Rusiyadakı repressiyalar bütün təzahürlərdə... - Hipper
- Rusiyada azərbaycanlı qadın saxlanıldı - Səbəb
- İlham Əliyevlə Pezeşkian Şuşada: maraqlı dialoq - Video
- Ərdoğanın Azərbaycana səfəri başa çatdı
- Əliyev, Pezeşkian və Ərdoğan arasında səmimi anlar - Video
- Məleykə Abbaszadədən imtahanlar barədə mühüm məlumat
- Şövkət Mirziyayevin Azərbaycana səfəri başa çatdı
- İlham Əliyevlə Ərdoğan arasında görüş keçirildi