Təcili: “Vaqner”lə rus ordusu arasında döyüş başladı - Video

12:28 - 24 İyun 2023 - GÜNDƏM

 Təcili: “Vaqner”lə rus ordusu arasında döyüş başladı - Video

Hazırda Voronejdə “Vaqner” və Rusiya ordusu arasında şiddətli döyüşlər gedir.

BUTA.TV xəbər verir ki, bununla bağlı “H+Media” Teleqram kanalı görüntü paylaşıb.

Qeyd edək ki, ötən gün axşam saatlarında Yevgeni Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunun Rostova gələrək, “Vaqner”in qərargahlarına hücum əməliyyatına rəhbərlik etdiyini iddia edib. Onun sözlərinə görə, “Vaqner” qərargahlarına endirilən zərbələr nəticəsində yüzlərlə ölən və yaralanan var.

Bundan sonra Priqojin “25 minlik ordu ilə” Rostova doğru hərəkət etdiyini açıqlayıb. Ona qarşı Rusiya FTX və Baş Prokurorluq “hərbi çevrilişinə cəhd” maddəsi ilə cinayət işi başladıb, Moskva, Voronej və Rostovda antiterror rejimi tətbiq edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol