Xarici diplomatlar "Laçın" postunda - Foto

12:30 - 24 İyun 2023 - GÜNDƏM

 Xarici diplomatlar

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Laçına gəliblər.

BUTA.TV xəbər verir ki, nümayəndə heyəti 33 ölkədən 60 diplomat və hərbi attaşedən ibarətdir.

Laçın səfəri çərçivəsində xarici diplomatlar Ermənistanla Azərbaycan arasında sərhəd-buraxılış məntəqəsinin yerləşdiyi körpüyə gəliblər.

Onlara Ermənistanın bir hərbçimizin yaralanması ilə nəticələnən son təxribatları haqqında məlumat verilib.

Bu xəbər hal-hazırda çox oxunur
Rusiyada azərbaycanlı qadın saxlanıldı - Səbəb

Bildirilib ki, silahlı təxribata qədər sərhəd-buraxılış məntəqəsi açıq olub. Xankəndidə yaşayan erməniəsilli sakinlər məntəqədən heç bir maneə olmadan istifadə ediblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol