Polşa Prezidenti Duda Rusiyadakı vəziyyətlə bağlı ölkənin Baş naziri və Müdafiə Nazirliyinin rəhbərliyi, eləcə də müttəfiqlərlə məsləhətləşmələr apardığını bildirib.
BUTA.TV xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Qeyd edək ki, ötən gün axşam saatlarında Yevgeni Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunun Rostova gələrək, “Vaqner”in qərargahlarına hücum əməliyyatına rəhbərlik etdiyini iddia edib. Onun sözlərinə görə, “Vaqner” qərargahlarına endirilən zərbələr nəticəsində yüzlərlə ölən və yaralanan var.
Bundan sonra Priqojin “25 minlik ordu ilə” Rostova doğru hərəkət etdiyini açıqlayıb. Ona qarşı Rusiya FTX və Baş Prokurorluq “hərbi çevrilişinə cəhd” maddəsi ilə cinayət işi başladıb, Moskva, Voronej və Rostovda antiterror rejimi tətbiq edilib.
“Vaqner”in Rostov və Voroneji ələ keçirdiyi, hazırda isə Volqoqrada doğru hərəkət etdiyi bildirilir.
- Xankəndidə Şimali Kiprin bayrağının asılması... - Tatar
- Əliyevlə danışdım: Suriya ilə bağlı buna hazırdır
- Ərdoğandan Bakı-Moskva gərginliyinə münasibət
- Əliyev buna çox önəm verir: Zəngəzur dəhlizi açıldığı zaman...
- Azərbaycanla Pakistan arasında memorandum imzalandı
- Türkiyədən Rusiyaya sərt siyasi mesaj: Koalisiyaya qoşuldu!
- Mənə dedilər ki, Azərbaycana səfər təhlükəli ola bilər...
- Türk ordusunu hansı yolla Azərbaycana gətirmək olar?