Bu, rüşvət mənbəyidir – Deputat etiraz etdi

12:46 - 24 İyun 2023 - GÜNDƏM

 Bu, rüşvət mənbəyidir – Deputat etiraz etdi

Sürücü üçün hər reys qabağı tibbi yoxlama nə dərəcədə realdır? Demək, sürücü hər reys qabağı 10-20 manat ödəniş etməlidir ki, bu sənədi alsın. Bu, rüşvət mənbəyidir.

BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, bunun formasını elə tapmaq lazımdır ki, 1, ya 2 aydan bir sürücünün səhhətinin yoxlanılması təmin edilsin:

“Hər dəfə bu tələb qoyulanda müqavilə bağlayıb, hansısa tibb müəssisəsinə bu vəsaiti ödəməlisən. Reys qabağı tibbi müayinə anlaşılmaz ifadədir, bunu dəqiqləşdirmək lazımdır. Müddətli tibbi müayinə qoyulmalıdır. Məsələn, 3, 6 ay və ya 1 illik müayinə məsələsi qoyulmalıdır”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol