“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi ilə ciddi konfliktdə olduğu çoxdan bəlli idi: vaxtaşırı olaraq Priqojin nazir Şoyqu və Baş Qərargah rəisi Gerasimovun ünvanına ən ağır ifadələr işlədirdi.
Nəhayət, bu proses – daxili söz duelləri qiyama qədər inkişaf etdi.
Priqojin niyə üsyana qalxdı?
Priqojinin hansısa xarici qurumlara bağlı olduğu və ya manipulyasiya edildiyi ehtimalı sıfra bərabərdir: Priqojin səhra komandiridir, döyüşçüdür, Baxmut kimi bataqlıqdan çıxmağı bacarıb və buna görə də orduda, elə Rusiya ictimaiyyəti arasında böyük nüfuz qazanıb.
Azərbaycan “Roma statusu”na qoşularsa... - Putin Bakıda həbs olunacaq?
Priqojin cəbhədə real vəziyyəti görən, bu barədə danışan şəxsdir: o, müharibə dəhşətlərini görür və bunu dilə gətirirdi. Şoyqunun qeyri-peşəkarlığından tutmuş sui-istifadəsinə və “Vaqner”in uğurlarını qısqanmasına qədər, bir çox məsələləri ən yüksək səviyyədə bağırırdı.
Rusiya həddən artıq böyük ölkədir və onu xüsusilə müharibə zamanı idarə etmək çox çətindir.
Putin müharibənin aylarla uzanmasından sonra sözün həqiqi mənasında Ali Baş Komandan olmalı idi: yalnız pərdə arxasında Müdafiə Nazirliyinin rəhbərliyinə komanda verməklə deyil, xalqa vaxtaşırı müraciət, xüsusilə Ukraynada döyüşən vaqnerçilər, könüllülərlə birbaşa əlaqə qurmalı idi.
Priqojinin ilk etirazlarında Putin onu öz təsir dairəsinə alsaydı, belə problem yaranmayacaqdı.
Putin komandan ola bilmədi – ayrı-ayrı qruplar arasında münaqişənin böyüməsinə imkan verdi ki, bu da onun “tərbiyə aldığı” sistemdən irəli gəlir. Daxili didişmələrə müdaxilə etmədən, tərəflərin hamısına nəzarət etmək siyasi proseslərə aiddir, müharivə zamanına deyil.
Putinin ən böyük günahı da budur!
Putinin xalqa müraciətindəki səhvlər
Putin birbaşa Priqojinə müraciət edə, onun barəsində başlayan cinayət işinə xitam verməyə hazır olduğunu deyə, şəxsən görüşməyə və danışmağa səsləyə bilərdi.
Əgər Putin birbaşa Priqojinlə hətta indi əlaqə qura və danışsaydı, nəticə fərqli də ola bilərdi.
Putinin özünəvurğunluğu, diktatorluğu bu üsyanı diplomatik bacarıqla yatırmaq və hər tərəfi sakitləşdirməyə imkan vermədi.
Nəticə necə ola bilər?
Putin amansızdır, qisas alacaq – elan da etdi ki, xəyanətkarlara qarşı ən sərt tədbirlər görüləcək.
Priqojin uğur qazana bilərmi?
Olduqca az ehtimaldır: Putin ən ağır silahlarla “Vaqner”in hücum edən birliklərinə zərbə endirməyə hazır diktatordur və bunu da edəcək.
“Vaqner”i darmadağın etmək – xüsusilə Rusiyanın daxilində - Putin üçün çətin deyil.
Ancaq “Vaqner”in sıradan çıxması Ukraynada ən ağır döyüşləri üzərinə götürən peşəkarların meydandan silinməsi deməkdir; Priqojinin məhvi Rusiyanın Ukraynadakı savaşına ən dəhşətli zərbə ola bilər.
Bu, həm də Rusiya ordusunda böyük ruh düşkünlüyünə gətirib çıxara bilər. Onsuz da müharibənin uzanması səbəbindən Rusiya vətəndaşları və ordusunda ruh düşkünlüyü artırdı. Hazırkı proses – xüsusilə vaqnerçiləri qəhrəman sayan rusiyalıların öz “qəhrəmanlarının” meyitlərini Moskva ətrafında görmələri ciddi fəsadlara səbəb olacaq.
Rusiyanın Ukraynada uduzmasının əsası qoyuldu və bu, heç də hərbi baxımdan Rusiyanın gücsüzlüyündə deyil: taktiki, strateji baxımdan idarəetmədəki problemlər, Putinin Ali Baş Komanda kimi zəifliyinin nəticəsidir...
- Çin elan etdi: Rusiya müharibədə məğlub olsa...
- Ərdoğanın təyyarəsi Füzuliyə endi
- Fərid Əsgərovla bağlı maraqlı faktlar - Rafael Ağayevin anası üçün...
- “Böyük türk” bizi sıxışdırır: Əliyevi saxlamaq üçün...
- Xankəndidə Zirvə görüşü keçirilir - Canlı
- Azərbaycanda Türkiyə bazası? - Konstitusiya imkan vermir
- Prezident Şahbaz Şərifi Xankəndidə qarşıladı
- Kiyevə hücum: Azərbaycan restoranı darmadağın edildi - Foto