Təbrizli vəkil Əmir Mehdipur Şərqi Azərbaycan Vəkillər Kollegiyasının intizam məhkəməsinə çağırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə o özünün sosial media hesabında paylaşım edib.
“Bilirəm ki, yuxarıların məqsədi vəkillik lisenziyamı ləğv etməkdir. Özü də məhkəməyə çağırış tarixinin tezliyi bu işi yerinə yetirmək üçün tələsdiklərini göstərir”, - Mehdipur yazıb.
Hazırda xaricdə olan Vəkillər Kollegiyasının sədr müavini Sina Yusifi də özünün Tvitter hesabında bununla bağlı paylaşım edib.
Azərbaycan “Roma statusu”na qoşularsa... - Putin Bakıda həbs olunacaq?
O, belə addımların müstəqil vəkillərin fəaliyyətinin qarşısının alınmasına və haqqın, xalqın tərəfində olan hüquqşünasların meydandan çıxarılmasına hesablandığını bildirib.
Qeyd edək ki, Əmir Mehdipur 17 oktyabr 2022-ci ildə həbs edilərək Təbriz həbsxanasına köçürülüb, 27 oktyabrda isə girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.
- Pezeşkianla İmaməli Rəhman Xankəndidə görüşdü
- Ayaz Salayevdən Rusiya ilə bağlı gözlənilməz etiraf
- Əliyev bunu yaxşı bilir, Kreml ona görə ehtiyat edir - Özbək ekspert
- Xankəndiyə toplaşan liderlərin səmimi - Fotoları
- Ərdoğan Xankəndidə İsraili tənqid etdi
- İlham Əliyev bu foto ilə tarix yazdı – 3 mesaj
- Bakı və Moskva gərginliyi bitməlidir: məsələni bağlayaq!
- İran və Pakistan XİN başçıları Xankəndidə görüşdü