Rusiya Prezidenti Vladimir Putin hərbi vəziyyət rejiminin pozulması ilə bağlı qanunu imzalayıb.
BUTA.TV xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qanuna əsasən, marşrut kartı olmadığı halda, cərimə ödənilənə qədər sərnişin daşımalarının həyata keçirilməsi məhdudlaşdırılır.
Sənəddə qeyd olunub ki, “Hərbi vəziyyət haqqında” və digər qanun və hüquqi aktlarla müəyyən edilmiş normalara riayət edilməməsinə görə fiziki şəxslər 1000 rubl məbləğində cərimə və ya 30 günə qədər inzibati həbs ediləcək.
Bu hərəkətlərdə cinayət tərkibi yoxdursa, vəzifəli şəxslər üçün 2000 rubl məbləğində cərimə və ya 30 günə qədər inzibati həbs nəzərdə tutulub.
Avtonəqliyyat vasitəsindən istifadə etməklə törədilən oxşar pozuntuya görə, əlavə cəza kimi onun müsadirəsi də nəzərdə tutula bilər.
- Rusiyada azərbaycanlı qadın saxlanıldı - Səbəb
- İlham Əliyevlə Pezeşkian Şuşada: maraqlı dialoq - Video
- Ərdoğanın Azərbaycana səfəri başa çatdı
- Əliyev, Pezeşkian və Ərdoğan arasında səmimi anlar - Video
- Məleykə Abbaszadədən imtahanlar barədə mühüm məlumat
- Şövkət Mirziyayevin Azərbaycana səfəri başa çatdı
- İlham Əliyevlə Ərdoğan arasında görüş keçirildi
- Rusiya Azərbaycanı itirdi - Saakaşvili