Bu, Makronun qeyri-ciddi olduğunu göstərir - Rus deputat

21:48 - 24 İyun 2023 - GÜNDƏM

 Bu, Makronun qeyri-ciddi olduğunu göstərir - Rus deputat

Ukraynada xüsusi əməliyyat başlayandan Fransa beynəlxalq işlərdə bu prinsipi rəhbər tutdu: “Birincini fikirləşir, ikincini deyir, üçüncüyə əməl edirəm”.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Aleksandr Tolmaçev deyib.

Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinin ona zəng edəcəyi təqdirdə dəstəyi qaldıracağını, lakin Rusiya liderinə zəng etmək üçün onun səbəbi olmadığını bəyan etmişdi.

“Parisin var qüvvəsi ilə can atdığı bu siyasət nə fövqəldövlətə, nə cavabdeh beynəlxalq vasitəçiyə xas deyil və Makronun bizim Prezidentə zəng etməyəcəyi barədə dediyi sözlər qeyri-ciddi davranışın növbəti nümunəsidir”, - deputat bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol