İyunun 22-dən 25-dək Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının fərdi yarışları başa çatıb.
BUTA.TV xəbər verir ki, fərdi yarışların sonuncu günündə +90 kq çəkidə yarışan cüdoçumuz Ramazan Əhmədov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu, Azərbaycanın Avropa çempionatında qazandığı sayca doqquzuncu medal olub.
Cüdoçularımız çempionatda ümumilikdə altı qızıl və üç bürünc medal əldə ediblər. Fərdi yarışlarda Azərbaycan medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri, qızlar arasında isə 4-cü yeri tutub.
Azərbaycan “Roma statusu”na qoşularsa... - Putin Bakıda həbs olunacaq?
Qeyd edək ki, iyunun 25-də Avropa çempionatında qızlardan və oğlanlardan ibarət qarışıq komanda yarışı keçiriləcək.
- Bakı və Moskva gərginliyi bitməlidir: məsələni bağlayaq!
- İran və Pakistan XİN başçıları Xankəndidə görüşdü
- Hindistan torpaqlarımızı işğal altında saxlayır, lakin…
- Səfərovların qətli ifşa olundu – Solovyov əsəbiləşdi
- Pezeşkian Xankəndidə İsrailin hücumundan danışdı
- Dəfələrlə dedik, ciddi qəbul etmədilər, indi isə peşmandılar
- Çin elan etdi: Rusiya müharibədə məğlub olsa...
- Ərdoğanın təyyarəsi Füzuliyə endi