Həftənin bu günü avtomobilin parklanması pulsuz olacaq

20:08 - 25 İyun 2023 - GÜNDƏM

 Həftənin bu günü avtomobilin parklanması pulsuz olacaq

Azərbaycanda nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmayacaq.

BUTA.TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”nin təsdiq edilməsi barədə qərarında öz əksini tapıb.

Bundan başqa, qərara əsasən, Bakı, Sumqayıt və Gəncə şəhərləri istisna olmaqla digər yerlərdə parklanma pulsuz olacaq

Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği əlavədə nəzərdə tutulan zonalara uyğun müəyyən edilir. “Yol hərəkəti haqqında” qanuna görə, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklandıqda ödəniş tam məbləğdə hesablanır.

Nazirlər Kabinetinin 22 aprel 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”na uyğun olaraq fərdi parklanma talonu verilmiş şəxslər nəqliyyat vasitələrini yalnız talonda göstərilən parklanma ərazisində müəyyən olunmuş yerlərdə ödənişsiz əsaslarla saxlayırlar.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol