Həbsdə olan sədrdən partiyası ilə bağlı qərar: 29-cu…

23:38 - 25 İyun 2023 - GÜNDƏM

 Həbsdə olan sədrdən partiyası ilə bağlı qərar: 29-cu…

Azərbaycan Yüksəliş Partiyasıdır (AY Partiya) özünü buraxmağa hazırlaşır.

BUTA.TV xəbər verir ki, bu barədə Globalinfo.az məlumat yayıb.

Bildirilir ki, partiyanın sədri Anar Əsədli bu il aprel ayında dələduzluq maddəsi ilə həbs edilib. Məlumata görə, hazırda o, rəhbəri olduğu partiyanın fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul etmək ərəfəsindədir.

Saytın mənbəsi bildirir ki, Anar Əsədlinin azadlığa çıxması bu qərardan asılı ola bilər.

Qeyd edək ki, son 3 ayda 28 partiya özünü buraxıb.

Ən son özünü buraxan siyasi təşkilat Əli Əliyevin sədri olduğu Vətəndaş və İnkişaf Partiyasıdır (VİP). Ondan bir gün öncə isə Lalə Şövkətin rəhbərlik etdiyi Azərbaycan Liberal Partiyası (ALP) fəaliyyətinə xitam verib.

A.Əsədli qərar verərsə, bu, 3 ayda özünü buraxan partiyaların sayını 29-a çıxardacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol