Polşada keçirilən III Avropa Oyunlarının altıncı günündən sonra Azərbaycanın aktivindəki medalların sayı dəyişməyib.
BUTA.TV-ın məlumatına görə, ölkə 2 qızıl, 1 gümüş və 2 bürünc medalla ümumi sıralamada daha 6 pillə geriləyərək, 21-ci sıraya enib.
İlk “üçlük”də isə dəyişiklik baş verməyib. Medal əyarına görə sıralamaya əvvəlkitək İspaniya (17 qızıl, 9 gümüş, 10 bürünc) başçılıq edir. İtaliya (15 qızıl, 17 gümüş, 21 bürünc) ikinci pillədəki yerini qoruyub. Ukrayna isə (11 qızıl, 7 gümüş, 4 bürünc) 3-cü yerdə qalıb.
İndiyədək ümumilikdə 39 ölkə medal qazana bilib.
Qeyd edək ki, Azərbaycan yığması medallarını 2 növdə – karate (2 qızıl, 1 bürünc) və taekvondoda (1 gümüş, 1 bürünc) əldə edib.
- “Qızıl top” uğrunda böyük mübarizə - İlk “20-lik” açıqlandı
- Fransa yarımfinalın ilk komandası oldu - Yenilənib - Video
- Azərbaycanın səsi bu dəfə də eşidildi - İsrail qərarını dəyişdi
- Nazirlik hərbçilərin yaxınlarına müraciət etdi - Video
- Ermənistan üzərindən uçuşlara Azərbaycan nə qədər ödəyib?
- Sabiq nazirin evi 5-ci dəfə hərracda - Yenə ucuzlaşdı
- Bakıda möhtəşəm gecə - “Qarabağ” sevindirir+Fotolar
- Xəbərdarlıq: "28 May" stansiyasının I çıxışında...