Bakı Lift idarəsinin sabiq rəisi Qüdrət Şükürovun qızı, tanınmış bloger Aysel Şükürova özünün sosial səhifəsində birinci həyat yoldaşından və Nərimanov rayon icra şöbəsindən şikayət edib.
O, oğlu üçün aliment ala bilmədiyini vurğulayıb: "Nərimanov rayonu İcra şöbəsi Emil Zeynalov uşağımın 2 min manatını ala bilmir.
Emil Zeynalov telefonlarıma da cavab vermir. Uşağın atasına deyirəm ki, 200 manatı verməkdə acizsənsə atalıq etməyə haqqın yoxdur. Hər dəfə əsəb keçirirəm, yorulmuşam. Neçə ayların borcu yığılıb. Bezmişəm icraçıları gəzməkdən. İcra məmuru kefinə düşəndə mənə zəng edir, başqa vaxt bizə cavab vermir. Mən artıq bezmişəm. Bəsdirin də bu qədər olmaz. İşinizi bacarmırsınızsa, basın bayıra. Gedin evdə kartof-soğan doğrayın”. Göründüyü kimi Aysel Şükürova incidildiyini deyir və bu vəziyyətdən bezdiyi üçün icra məmurunu təhqir etməkdən belə çəkinmir."İşinizi bacarmırsınızsa basın bayıra. Gedin evdə kartof-soğan doğrayın”- deyir. Bu isə artıq təhqirdir.
Bəs, bu hərəkətinə görə blogeri hansı cəza gözləyir?
Suala Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev aydınlıq gətirib. Bizim.Media-ya açıqlamasında o bildirib ki, Aysel Şükürovanın sözlərini kimisi təhqir kimi qəbul edir, kimisə də bunu təhqir hesab etmir:
"Əgər Məhkəmə icraçısı onu təhqir kimi qəbul etsə, onda bu hal inzibati məsuliyyət yaradır. Və Məhkəmə icraçısı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edə bilər. Məhkəmə də buna xüsusi ittiham qaydasında baxa bilər.Məhkəmə işi icraata götürsə onda Aysel Şükürova hansısa cəza ala bilər”.
Əsabəli Mustafayev onu da qeyd etdi ki, Aysel Şükürovanın vəziyyəti nə yerdədir deyə bilmirik:
"Bunu araşdırmaq lazımdır. Məhkəmə icraçısı əlində olan bütün hüquqi imkanlardan istifadə edibmi? Bilmirik. Çünki, məhkəmə qərarının icra olunmaması ilə bağlı protokol tərtib edilir. Və cavabdeh bundan sonra məhkəmə qarşısına çıxarılaraq inzibati həbs cəzası ala bilər. Bundan sonra da cavabdeh tələbi icra etmədikdə ona qarşı cinayət işi qaldırıla bilər. Maraqlıdır ki, icraçı iddiaçının tələblərini yerinə yetirmək üçün bu prosesləri edib, yoxsa yox. Bunu isə bilmirik”.
- Dübəndidə dəniz sahilinə neft qalıqlarının yığılmasının səbəbi - Açıqlandı
- Bakıda çimərliyə neft sızdı - "Azneft"dən açıqlama
- ABŞ blokadası bitdi - İlk konteyner gəmisi İranda
- Orta təhsil səviyyəsi üzrə imtahanlar keçirildi
- Bakının bir neçə rayonunda suyun verilmə saatları azaldılıb - Rəsmi
- Kral tarixi uğuru futbolçularla belə qeyd etdi - Video
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video