Bakıda tibb müəssisəsindən oğurluq etdi və saxlanıldı

14:00 - 26 İyun 2023 - GÜNDƏM

 Bakıda tibb müəssisəsindən oğurluq etdi və saxlanıldı

Bakıda tibb müəssisəsində oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən BUTA.TV-a bildirilib ki, Nəsimi rayonu ərazisində yerləşən tibb mərkəzlərinin birində Bakı şəhər sakini olan bir nəfərin içərisində 1600 manatı olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.

Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Ceyhun Əzizov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bu xəbər hal-hazırda çox oxunur
Bu yer atam tərəfindən ayrılıb - İlham Əliyev

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol