“Vaqner” üsyanının ən mühüm nəticəsi... - Borrell

15:26 - 26 İyun 2023 - GÜNDƏM

 “Vaqner” üsyanının ən mühüm nəticəsi... - Borrell

“Vaqner”in yaradıcısı Yevgeni Priqojinin uğursuz üsyanı Kremlin Ukraynaya qarşı müharibəsinin Rusiyanın gücünü parçaladığını göstərir.

BUTA.TV xəbər verir ki, bu sözləri AB-nin baş diplomatı Jozep Borrell deyib.

O, nüvə dövlətinin qeyri-sabitliyinin “yaxşı olmadığını” da bildirib:

“Ötən həftənin sonunda baş verənlər göstərir ki, Ukraynaya qarşı müharibə Rusiyanın qüdrətini sarsıdır və onun siyasi sisteminə təsir edir. Əlbəttə, Rusiya kimi nüvə dövlətinin qeyri-sabitlik mərhələsinə düşə biləcəyini görmək pisdir. Bunu da nəzərə almaq lazımdır”.

Bu xəbər hal-hazırda çox oxunur
Bu türk ölkəsinin lideri də Xankəndiyə gəlir

Borrell əlavə edib ki, ən mühüm nəticə Putinin Ukraynaya qarşı başlatdığı müharibə və yaratdığı “Vaqner” adlı bədheybətin indi Rusiya liderinin əleyhinə çevrilməsidir:

“Monstr öz yaradıcısına qarşı hərəkət edir, siyasi sistem kövrəklik nümayiş etdirir və hərbi güc çatlayır”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol