Türkiyə mediası aparıcı Xoşqədəm Hidayətqızı ilə müğənni Doğuşun ayrıldığını yazıb.
BUTA.TV xəbər verir ki, yazıda cütlüyün boşanma qərarı aldığı iddia edilib.
Bildirilib ki, 9 il əvvəl nikah masasına oturan cütlük bir müddət əvvəl bu qərarı alıb. Doğuş Xoşqədəmlə olan bütün fotolarını instaqramından silib. Eyni zamanda onu izləmədən çıxarıb. Yazıda ayrılığa Doğuşun Xoşqədəmin ailəsi ilə yaşadığı mübahisənin səbəb olduğu iddia edilib. Qeyd edək ki, Xoşqədəm və Doğuş cütlüyünün əkiz oğulları var. Xatırladaq ki, cütlük birlikdə "Günaydın, Azərbaycan" verilişini aparır. Ötən həftəsonu isə Xoşqədəm proqrama tək çıxıb.
- Bakıda temperatur 3-4 dərəcə enəcək
- Sabah temperatur enəcək
- Sabahın havası bu insanlar üçün əlverişlidir
- Güclü küləklə əlaqədar əhaliyə xəbərdarlıq...
- “Qonaq getdiyim yerdə deyirlər ki, səndən kanalizasiya iyi gəlir” - Video
- Putin miqrantlarla bağlı qanunu sərtləşdirdi
- Tramp son anda İrana hücum əmrini ləğv edibmiş
- MN həftəlik icmalını təqdim etdi - Video